📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

30 HELİKOPTER, CANLI QÜVVƏ: Ukrayna hərbçiləri Rusiya aviabazasını məhv etdi

2022-03-07 13:47:00

30 HELİKOPTER, CANLI QÜVVƏ: Ukrayna hərbçiləri Rusiya aviabazasını məhv etdi

Martın 6-dan 7-nə keçən gecə Ukrayna hərbçiləri Xerson yaxınlığındakı Çernobaevka aerodromunu dağıdıblar.

Hurriyyet.az UNİAN-a istinadən xəbər verir ki, dəniz piyadaları komandanlığının açıqlamasına əsasən, Rusiyanın hava donanması məhv edilib.

“Düşmənin 30 helikopteri, canlı qüvvəsi və texnikası məhv edilib”, - məlumatda deyilir.

Xəbərdə o da qeyd olunur ki, son sutka ərzində Nikolayevin kənarında 3 rus sütunu məhv edilib. Ukrayna hərbçiləri çoxlu sayda qənimət – silah-sursat, təkərli maşınlar, 7 ədəd D-20 haubitsalar ələ keçirib.

Xatırladaq ki, fevralın 27-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi Çernobaevka aerodromunun tutulduğunu elan etmişdi.

Hurriyyet.az