📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"30 milyondan çox əhalini yalnız sərt, qaniçən rejim belə duruma sala bilər" - RƏŞİD HACILI

2024-02-22 12:16:51

"Bütün xalqlara öz doğma dillərində təhsil almaq, doğma dillərindən hər sahədə istifadə edə bilmək imkanı arzulayıram"

"Güneydə yaşayan 30 milyondan çox soydaşımız ana-ata dillərində təhsil hüquqlarından məhrum ediliblər. Bütün dövlət qurumlarında fars dilində yazmağa və danışmağa məcbur edilirlər". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı qeyd edib.

Rəşid Hacılı bildirib ki, 30 milyondan çox əhalini yalnız sərt, qaniçən rejim belə duruma sala, mədəni və siyasi haqqlarını çeynəyə bilər: "Bütün xalqlara öz doğma dillərində təhsil almaq, doğma dillərindən hər sahədə istifadə edə bilmək imkanı arzulayıram".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az