📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

300 bal yığan Sumqayıt məktəbliləri - FOTO

2025-04-12 21:55:23

300 bal yığan Sumqayıt məktəbliləri - FOTO

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri təhsil ictimaiyyəti tərəfindən müzakirə olunmaqdadır.

İmtahan iştirakçıları arasından 23 nəfərin 300 bal toplamaqla ən yüksək nəticəyə nail olması isə ən çox müzakirə olunan mövzudur.

Hurriyyet.Az bildirir ki, Modern.az-ın məlumatına görə, 300 bal toplayan şagirdlərdən 2-si Sumqayıt məktəbliləridir. Bunlar Sumqayıt şəhərindəki 9 saylı orta məktəbin 11-ci sinif şagirdi Hüseynzadə Nuray Rafiq qızı və 34 saylı orta məktəbin 11-ci sinif şagirdi Məmmədli Aişə Qabil qızıdır

Onların fotolarını təqdim edirik: