300 KİLO idi, görün nə hala düşdü - FOTOLAR
2026-10-06 17:11:02
Böyük Britaniyada yaşayan 29 yaşlı Cek Ako (Jack Ako) çəkisi 298 kiloqrama çatdıqdan sonra həyatında radikal dəyişiklik etmək qərarına gəlib.
Hurriyyet.net xəbər verir ki, mədəsinə band (qastrik bandinq) qoyduran, qidalanma vərdişlərini tamamilə dəyişən və aramsız idmana başlayan gənc qısa müddətdə tam 190 kiloqram arıqlamağı bacarıb.
Yaşadığı möcüzəvi transformasiyadan sonra idmanı həyatının mərkəzinə qoyan Cek öz təcrübəsindən istifadə edərək şəxsi məşqçi kimi fəaliyyətə başlayıb.
İnanılmaz dərəcədə dəyişərək tanınmaz hala düşən 29 yaşlı gənc indi gözünü daha böyük hədəfə dikib.
O, hazırda bodibildinq yarışmasına qatılmaq üçün intensiv məşqlərini davam etdirir.

