300 milyon avroluq təklif alan Messi qərarını verdi
2023-01-26 21:04:00
Argentina yığmasının ulduz futbolçusu Lionel Messi Fransanın PSJ klubu ilə müqavilənin müddətini uzadacaq.
Bu barədə "Diario Sport" məlumat yayıb. Belə ki, sözləşmə ən azı iki mövsüm üçün nəzərdə tutulacaq və 36 yaşlı hücumçunun maaşı artılacaq.
Təcrübəli oyunçu heç bir klubun ona layiqli təklif etmədiyi üçün müqaviləni uzatmaq qərarına gəlib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Messiyə illik 300 milyon avroluq müqavilə təklif etmişdi. \\Offsideplus.az