📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

300 tələbə Naxçıvanda qalıb - TƏYYARƏ YOXDUR

2024-07-02 17:46:27

300 tələbə Naxçıvanda qalıb - TƏYYARƏ YOXDUR

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Bakıya dönə bilmirlər. Buna səbəb Naxçıvandan paytaxta uçan təyyarələrə bilet tapılmamasıdır.

Hurriyyet.az xəbər verir ki, hazırda 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında gözləyir.

Tələbələrdən birnin saytımıza verdiyi məlumata görə, Türkiyə sərhəddini 3 gün əvvəl keçsələr də, bilet ala bilmədikləri üçün Naxçıvan aeroportunda qalıblar. Maddi sıxıntısı olan bəzi tələbələrin aeroportda və parklarda gecələdiyi bildirilir.

Tələbələr bilet probleminin həll olunması üçün AZAL rəhbərliyindən Naxçıvan-Bakı istiqamətində əlavə uçuşların təşkil olunmasını xahiş ediblər. /yenisabah.az/