📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

31 yaşlı futbolçunun oyun zamanı ürəyi dayandı

2024-07-06 13:14:44

31 yaşlı futbolçunun oyun zamanı ürəyi dayandı

Misirin "Fyuçe" klubunun futbolçusu Əhməd Refat 31 yaşında ürəktutmasından vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun klubunun mətbuat xidməti məlumat yayıb.

Martın 11-də Misir çempionatında "Əl-İttihad"la matçda Refatın ürəyi dayanıb və o, huşunu itirərək meydana yıxılıb. Daha sonra xəstəxanaya çatdırılan futbolçunun ürəyi bir saat döyünməyib. Bir aydan sonra evinə buraxılan futbolçu müalicəsini davam etdirib.

Futbolçunun ölüm səbəbi ilə bağlı konkret məlumat verilməsə də vəziyyətinin kəskin pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilib.

Qeyd edək ki, Ə.Refat karyerası ərzində Səudiyyə Ərəbistanının “Əl-Vahda", Misirin “Əl-İttihad”, “Zamalek”, "Əl-Məsri" və bir sıra klublarında çıxış edib. Futbolçu Misir millisində meydana çıxdığı 7 oyunda 2 qola imza atıb.