📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

31 yaşlı qadın qətlə yetirilib

2026-05-12 21:48:54

31 yaşlı qadın qətlə yetirilib

Göyçayda ər arvadını qətlə yetirib.

Hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafedə baş verib. 

38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.