📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

32 yaşlı kişini maşın vurub öldürdü

2026-11-19 10:39:02

32 yaşlı kişini maşın vurub öldürdü

Bərdədə baş verən yol qəzası ölümlə nəticələnib.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, qəza hadisəsi Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisində baş verib.

Belə ki, Aynur Həsənova idarə etdiyi “Lexus” markalı avtomobil ilə yolu keçən 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub.

Qarağacı kənd sakini olan piyada aldığı xəsarətlərdən həyatını itirib.

Onun meyiti müayinə olunması üçün Bərdə rayon morquna aparılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.