📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

33 min manat evdən belə yoxa çıxdı – Polis işə qarışdı

2026-09-23 22:07:12

33 min manat evdən belə yoxa çıxdı – Polis işə qarışdı

Xəzər rayonunda evdən 33 min manat oğurlayan şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb. 

Araşdırmalar zamanı onun tanışının evindən 33 min manat pul oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.