📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“3+3” platforması çərçivəsində ildə ən azı iki görüş keçiriləcək”

2022-02-10 17:32:00

“3+3” platforması çərçivəsində ildə ən azı iki görüş keçiriləcək”

“3+3” platforması çərçivəsində ildə ən azı iki görüş keçiriləcək. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.

“Görüşün yekununda biz tərəfdaşlarımızla formatın fəaliyyətini qarşılıqlı maraq doğuran və regionda etimad tədbirlərinin gücləndirilməsinə istiqamətlənmiş məsələlərə yönəltmək barədə razılığa gəldik. Bunlara ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, eləcə də ümumi çağırış və təhdidlərə qarşı mübarizə daxildir. İldə ən azı iki dəfə mütəmadi olaraq görüşlərin keçirilməsi qərara alınıb. Artıq bir neçə paytaxtdan növbəti tədbir üçün müraciətlər daxil olub”, - rusiyalı diplomat vurğulayıb.

Rudenko Gürcüstandan regional əməkdaşlıq platformasına müsbət siqnallar gəlib-gəlmədiyi ilə bağlı suala isə belə cavab verib: “Gürcüstana gəlincə, bütün iştirakçılar onun “3+3”ə qoşulacağına ümid etdiklərini bildiriblər. Tbilisi üçün qapı açıq qalır. Regional məsələlərin müzakirəsi Cənubi Qafqazın bütün ölkələrinin iştirakı ilə vacibdir”.

virtualaz.org