📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"3+3” platforması Ermənistan üçün çox vacibdir" - Parlament sədri

2023-10-25 16:20:05

“Cənubi Qafqaz regionunu əhatə edən “3+3” platforması Ermənistan üçün çox vacibdir”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 25-də keçirdiyi brifinqdə bildirib.

“Əgər siz regionun problemlərini orada təmsil olunan ölkələrlə müzakirə etməsəniz, onda Asiya dövlətləri ilə də danışıqlar apara bilməyəcəksiniz”, - o vurğulayıb.

Qeyd edək ki, “3+3” formatı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüsdür. Bura Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya daxildir.

“3+3” formatında birinci nazirlər görüşü oktyabrın 23-də İranın paytaxtı Tehranda keçirilib. Gürcüstan görüşə qatılmayıb.

Növbəti toplantının Türkiyədə keçirilməsi planlaşdırılır./report/