"3+3"-ün növbəti iclası İstanbulda keçiriləcək - Tarix
2024-10-15 16:03:18
"3+3" regional platformasının növbəti - üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
"Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq", - Fidan Ankarada iordaniyalı həmkarı ilə mətbuat konfransında bildirib./Axar.az/