📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

33 yaşlı modeli ürəyindən bıçaqla vurub öldürdülər

2024-08-30 17:22:15

33 yaşlı modeli ürəyindən bıçaqla vurub öldürdülər

Rusiyanın Sankt-Peterburq şəhərində 33 yaşlı model qətlə yetirilib.

Nevski mədəniyyət mərkəzinin yaxınlığında Taqanroqdan gəlmiş 33 yaşlı qadının bıçaq xəsarətləri ilə meyiti tapılıb.

Onun meyiti Nevski mədəniyyət mərkəzinin yaxınlığında tapılıb.

Məlumata görə, qadın Peterburqa modellik və gözəllik sənayesində işə düzəlmək üçün gəlib. Lakin, o, uğur qazana bilməyib. O, zərgərlik əşyaları satmalı, həmçinin brendini inkişaf etdirməyə çalışmalı olub.

Bildirilir ki, Taqanroq sakini ürəyindən bıçaq zərbəsi ilə öldürülüb.

Hadisə əsasında Rusiya İstintaq Komitəsinin regional idarəsi adam öldürmə maddəsi ilə cinayət işi açıb.//Lent.az