📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

35 nəfər prezidentliyə namizəddir

2026-04-10 19:51:59

35 nəfər prezidentliyə namizəddir

Peruda aprelin 12-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Modern.az xəbər verir ki, ölkə rəhbərliyi uğrunda mübarizəyə rekord sayda, 35 namizəd qoşulub.

Səsvermə son 10 ildə səkkiz Prezidentin dəyişdiyi ölkədə siyasi sistemə olan dərin ictimai narazılıq fonunda baş tutacaq.

Seçki yarışının favoriti sabiq Prezident Alberto Fuximorinin qızı Keyko Fuximori hesab olunur. Lakin onun cəmi 13 faiz dəstəyə malik olması qələbəsini indiki mərhələdə qeyri-müəyyən edir.