📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

35 şəhəri CHP, 24 şəhəri AKP idarə edəcək

2024-04-01 13:25:40

35 şəhəri CHP, 24 şəhəri AKP idarə edəcək

Hurriyyet.az xəbər verir ki, seçki məntəqələrindəki hesablamaların 99,9%-i başa çatdıqdan sonra Türkiyədə müxalif CHP-nin (Cumhuriyyətçi Xalq Partiyası) ölkənin 35 şəhərinə, hakim AKP-nin  (Ədalət və İnkişaf Partiyası) 24 şəhərinə rəhbərlik edəcəyi bəlli olub. Bu barədə açıqlamanı Türkiyənin Ali Seçki Komissiyasının rəgbəri Ahmet Enver verib.
2019-cü ildən bəri İstanbul, Ankara və Antalya şəhərlərini idarə edən CHP bunlarla yanaşı, yeni şəhərlərdə - o cümlədən, İzmirdə, Bursa və Tekirdağ kimi sənaye mərkəzlərində rəhbərlikdə olacaq.
Komissiya başçısının sözlərinə görə, seçicilərin 78%-dən çoxu seçkilərdə iştirak ediblər.

10 şəhərə HDP-nin varisi hesab edilən DEM, 8 şəhərə isə hakim partiyanın müttəfiqi olan MHP üzvləri rəhbərlik edəcək. 
Hürr Tərcüman