37 yaşlı qadın qazdan boğuldu
2026-11-25 14:14:18
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hurriyyet.net xəbər verir ki, noyabrın 24-ü saat 16 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həmidə Təvəkkül qızı Aslanova Yasamal rayonunda yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.