📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

39 ölkə Rusiyanı Haaqa Məhkəməsinə verdi

2022-03-03 14:31:00

39 ölkə Rusiyanı Haaqa Məhkəməsinə verdi

Rusiyanın Ukraynaya hücumu nəticəsində hərbi və insanlığa qarşı cinayətlərlə bağlı təhqiqat davam edir.

Hurriyyet.az xəbər verir ki, bunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan deyib.

Xan bildirib ki, beynəlxalq quruma Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən müraciət daxil olub:

“Bu təhqiqat 2013-cü il noyabrın 21-dən Ukraynada törədilmiş hərbi, insanlıq əleyhinə cinayətlər və ya soyqırım ilə bağlı keçmiş və ya hazırki iddiaları əhatə edir”.