4 dövlət Türkiyədən ANKA PUA-sı alacaq
2023-06-22 15:48:00
Hurriyyet.az xəbər verir ki, ANKA layihəsinin baş mühəndisi Ziya Doğan “Anadolu Agentliyi”nə müsahibəsində 2023-cü ilin sonuna qədər Türkiyənin dörd dövlətə pilotsuz uçuş aparatları verəcəyini bildirib.
Doğan deyib: “Xaricdə bir alıcımız ANKA-dan fəal şəkildə istifadə edir. 2023-cü ilin qarşıdan gələn dövründə daha 4 ölkəyə dronları təhvil verəcəyik. 2024-cü ildə daha bir ölkənin də alıcı olacağı gözlənilir. Bu ölkələrin hamısı ilə müqavilələr bağlanıb və tədarük həyata keçiriləcək”.
Hürr Tərcüman