“4 saatlıq danışıqlardan sonra...” – Rusiya terroru himayə edən dövlət elan olundu
2022-11-18 12:27:00
Avropa Parlamentinin siyasi qrupları Rusiya Federasiyasının terrorizmin himayədarı olan dövlət kimi tanınmasına dair qətnamə layihəsi üzrə razılığa gəliblər.
Hurriyyet.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Andrius Kubilius özünün Tvitter hesabında bildirib.
“Avropa Parlamentində siyasi qruplar arasında 4 saat davam edən danışıqlardan sonra mətnlə bağlı razılıq əldə olunub”, - o, yazıb.
Kubilius xüsusi olaraq qeyd edib ki, qətnamə layihəsinin əsas məqamı belədir: “Avropa Parlamenti Rusiyanı terroru himayə edən dövlət və terrordan istifadə edən dövlət kimi tanıyır”.
sfera.az