4 şəhər və rayonda qaz olmayacaq
2026-08-18 18:23:32
Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.
Bu barədə Hurriyyet.media -ya Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin Bayramlı qəsəbəsinin, Sabirabad rayonunun bir hissəsinin, Saatlı və İmişli rayonlarının qaz təchizatında fasilə yaranacaq.