📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış

2026-03-26 21:30:10

4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış

Lənkəranda uşağı maşın vurub.

Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.Makarovanı vurub. Sürücü dərhal azyaşlını Lənkəran rayon xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. 

Xəstəxanadan bildirilib ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində piyadavurma hadisəsi səbəbi ilə 2022-ci il təvəllüdlü azyaşlı təcili yardım şöbəsinə hospitalizasiya olunub: “Ona travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nayihəsinin açıq yarası, hematoma diaqnozları təyin olunub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib”.

Qeyd edək ki, hadisədən əvvəl uşağın anası evdə olmayıb. Qonşu uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayıb razılıq aldıqdan sonra, onu evdən götürüb gəzintiyə aparıb.

Faktla bağlı araşdırma aparılır.

(Qafqazinfo)