40-dan artıq ölkənin dövlət və hökumət başçıları Moldovaya gedəcəklər
Hurriyyet.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak eləmək üçün Avropa İttifaqı ölkələrinin artıq 40 prezidenti və baş naziri öz razılığını bildirib.
Birinci olaraq, Fransa Prezidenti Emmanuel Makron sammitdə iştirak edəcəyini bəyan edib.
Rumıniya Prezidenti Klaus İohannis, Almaniya kansleri Olaf Şolts, İspaniyanın Baş naziri Pedro Sançes, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, İtaliyanın Baş naziri Corciya Meloni, Hollandiyanın Baş naziri Mark Rutte, Avstriya kansleri Karl Nehammer, Belçikanın Baş naziri Aleksandr de Kroo, Estoniyanın Baş naziri Kaya Kallas, Polşanın Baş naziri Mateuş Moravetski və Danimarkanın Baş naziri Mette Frederiksen, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsola da artıq görüşdə iştirak edəcəklərini bildiriblər.
Görüşdə 47 prezident və baş nazirin, eləcə də Avropa strukturlarının rəhbərlərinin iştirakı gözlənilir.
Avropa Siyasi Birliyinin ilk sammiti ötən il 6-7 oktyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilmişdi.
Bu birliyin yaradılması Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsüdür və Avropa İttifaqı tərəfindən dəstəklənib.
Hürr Tərcüman