📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

40 milyonluq neft daşıyan gəmi saxlanıldı – Azərbaycandan yola çıxıb

2023-02-22 22:46:00

40 milyonluq neft daşıyan gəmi saxlanıldı – Azərbaycandan yola çıxıb

Fevralın 20-də sahilyanı Durres şəhərində Albaniya hüquq-mühafizə orqanları şübhəli Rusiya nefti daşıyan Liberiyada qeydiyyatdan keçmiş gəmini saxlayıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Albaniya hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, müsadirə edilən 22500 ton neftin bazar dəyəri 40 milyon avrodan çoxdur:
“Gəmi səyahətinə Azərbaycandan başlayıb və Yunanıstanın Kalamata şəhərində başqa bir gəmidən neftlə təmin olunduğunu iddia edib”.
Qeyd edilib ki, gəminin göyərtəsində 22 ekipaj üzvü saxlanılıb.\\Yeniavaz.com