400 km məsafədən zərbə! Ukrayna Rusiyanın aerodromunu vurdu, yanacaq anbarı məhv edildi
2024-10-10 12:59:30
Hurriyyet.az xəbər verir ki, oktyabrın 10-a keçən gecə Ukrayna Rusiyanın Adıgeydəki aerodromunu vurub. Aerodromda yerləşən yanacaq-sürtkü materialları anbarı alovlanıb.
Bu brədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanındakı dezinformasiyaya qarşı mərkəzin rəhbəri Andrey Kovalenko məlumat verib. Onun sözlərinə görə, dronlar hədəfə çatmaq üçün 410 kilometrdən artıq qət ediblər. Kovalenko deyib: "Hərbi təmas xəttindən 410 km məsafədə, aerodromda YSM anbarı məhv edilib".
Rusiya mediasının məlumatına görə, Adıgeydə dron hücumundan sonra gecə saatlarında 30-40 nəfər təxliyə edilib.
Hürr Tərcüman