📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

400 min manatı ələ keçirən Rusiya vətəndaşı Bakıda həbs edildi

2026-03-20 18:59:43

400 min manatı ələ keçirən Rusiya vətəndaşı Bakıda həbs edildi

Rusiya vətəndaşı Azərbaycanda kibercinayətkarlıq ittihamı ilə həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Vaysero Aleksandr Vladimiroviç banklardan birindən cinayət yolu ilə 400 min manatdan çox pul ələ keçirməkdə ittiham olunur.

O, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkatlıqla Mübarizə Baş İdarəsi tərəfindən tutularaq istintaqa cəlb edilib.

Toplanmış sübutlar əsasında Vaysero Aleksandr Vladimiroviçə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib.