400 nəfərə qədər insan selin qurbanına çevrildi
2022-04-15 18:44:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, CAR-ın cənubundakı sel sularının qurbanlarının sayı 400 nəfərə çatıb. Ümumilikdə 395 nəfərin həlak olduğu bildirilir. Ən çox insan itkisi Durban şəhərinin ərazisində qeydə alınıb.
Bu həftənin əvvəlindən bəri ölkənin ən iri şəhərlərindən olan Durbanda və onun yaxınlığındakı rayonlarda güclü leysan müşahidə edilib. Yağıntının miqdarı rekord həddə - 1 kvadratmetrə 300 mm-ə çatıb. Leysan yağışlar sellərə və sürüşmələrə səbəb olub.
Təkcə Durban şəhərində 355 nəfərin selin qurbanına çevrildiyi xəbər verilir. Təbii fəlakət nəticəsində 40,7 min nəfərdən artıq adam yaşadığı yeri tərk eləməyə məcbur olub.
Leysan yağışların bu gün də davam edəcəyi proqnozlaşdırılır.
Hürr Tərcüman