41 yaşında şəhid olan əsgərimiz 73 yaşında dəfn olunacaq - QALIQLARI KÜTLƏVİ MƏZARLIQDAN TAPILIB
2023-08-18 14:07:00
Birinci Qarabağ Müharibəsində şəhid olan Gülverdi Hüseynovun qalıqları ailəsinə təhvil verilib.
Hurriyyet.az day.az-a istinadən xəbər verir ki, onun qalıqları işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqdan tapılıb.
Şəhidin qızı AzTV-yə açıqlamasında deyib ki, atası 1992 ci il ildə "Daşaltı əməliyyatı" zamanı öldürülüb. 41 yaşında şəhid olan Gülverdi Hüseynov 73 yaşında dəfn olunacaq.