📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

41 yaşlı şəxsi “tok” vurub öldürdü

2026-11-20 16:25:24

41 yaşlı şəxsi “tok” vurub öldürdü

Şəmkir sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Hurriyyet.net  xəbər verir ki, rayonun Kür qəsəbəsində 1985-ci il təvəllüdlü Tural Bağırov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəmkir rayon Şöbəsinə aparılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.