📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

423 reys təxirə salındı - Moskva hava limanları hazırda

2026-10-16 21:16:01

423 reys təxirə salındı - Moskva hava limanları hazırda

Pilotsuz uçuş aparatı (PUA) hücumu təhlükəsi səbəbindən 423 uçuşun təxirə salınması nəticəsində Moskva hava limanları sərnişinlərlə dolub, insanlar döşəmədə yatırlar.

Hurriyyet.net  xəbər verir ki, bu haqda “Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, paytaxt bölgəsindəki üç hava limanında məhdudiyyətlər səhər saat 05:00-da aradan qaldırılsa da, hələ də çoxlu sayda insan yola düşə bilmir. Bəzi sərnişinlər 13 saatdan çoxdur ki, uçuşlarını gözləyirlər. Onlar çamadanlarının, paltar yığınlarının, hətta qeydiyyat zonasındakı süni örtüyün üzərində yatırlar.