📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü

2026-10-02 13:22:53

43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü

Bakıda 43 yaşlı kişi qəfil vəfat edib.

Hurriyyet.net xəbər verir ki, hadisə oktyabrın 1-i saat 08 radələrində Hövsan qəsəbəsindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həyətində baş verib.

Vəfat edən şəxs Saatlı rayon sakini, 1983-cü il təvəllüdlü Ravin Daxil oğlu Nərimanovdur.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.