📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

44 günlük müharibəsi iştirakçısı psixoloji problemlərinin olduğunu deyir, amma müalicə ala bilmir… - ŞİKAYƏT

2022-12-22 13:59:00

44 günlük müharibəsi iştirakçısı psixoloji problemlərinin olduğunu deyir, amma müalicə ala bilmir… - ŞİKAYƏT

Naxçıvan şəhər sakini, hal-hazırda hərbi qulluqçu kimi işinə davam edən və bu səbəbdən də adının çəkilməsini istəməyən şikayətçi tərəfindən Hurriyyet.az saytına müraciət daxil olub.

Şikayətçi hazırda hərbi xidmət də olmasına baxmayaraq, vəziyyətinin ağır olduğunu deyir. Belə ki, Naxçıvan şəhərində hərbi qulluqçu olan şikayətçi 44 günlük Vətən müharibəsi iştirakçısı olduğunu və psixoloji problemlərinin yarandığını deyir.

“Buna heç kəs məhəl qoymayaraq, “4 ilin qalıb, bitir, sonra müalicə alarsan” deyirlər. Müqaviləm bitmədiyi üçün hərbi hissədən ayrıla bilmirəm, heç kəsə dərdimi başa sala bilmirəm.  Rütbəm baş gizirdir. 

Sizin vasitənizlə müraciət edirəm, mənimlə maraqlanın və mənə köməyinizi əsirgəmiyin”.

Jalə FAMİLQIZI