📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“44 günlük  Zəfər  tarixinin  Gəncə şəhidləri” - Teatrşünas-tənqidçi Anar Burcəliyevin yeni kitabı nəşr olunub

2021-12-06 18:39:00

“44 günlük  Zəfər  tarixinin  Gəncə şəhidləri”  - Teatrşünas-tənqidçi Anar Burcəliyevin yeni kitabı nəşr olunub

Tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevin “44 günlük  Zəfər  tarixinin  Gəncə şəhidləri”  adlı yeni  kitabı nəşr olunub.

Hurriyyet.az xəbər verir ki, kitab 2020-ci ilin  sentyabr  ayının  27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal  altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan  xalqının iftixar və qürur mənbəyinə çevrilən  Vətən oğullarımızın, Gəncə şəhidlərinin əziz xatirəsinə həsr olunub. 
Xatırladaq ki, xronoloji ardıcıllıqla ensklopedik məlumat xarakterli kitab “AzPrint” mətbəəsində nəfis tərtibatda Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilib. Kitabın redaktorları Gülər Bayram və Sailə Məhərrəmqızıdır.

Hurriyyet.az