4,6 milyon ukraynalı qaçqına çevrilib
2022-04-13 12:25:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukraynada müharibə başlanandan bəri 4,6 milyon nəfərdən çox sakin ölkəni tərk edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, müharibə başlanandan bəri 4 615 830 nəfər ukraynalı qaçqına çevrilərək xarici ölkələrə gedib.
Komissarlığın məlumatına görə, 24 fevral tarixindən bəri ölkəni tərk eləmiş qaçqınların yarıdan çoxu – 2 645 877 nəfəri hazırda Polşadadır.
Rumıniyada 707 741, Rusiyada 433 083, Macarıstanda 428 954, Moldovada 413 374, Slovakiyada 320 246, Belarusda isə 21 292 nəfər ukraynalı qaçqın var.
Bu rəqəmlərə əlavə olaraq, bildirilir ki, 18-23 fevral tarixlərində Ukraynanın Donetsk və Luqansk vilayətlərinin 113 min nəfər sakini Rusiyaya gedib.
Hürr Tərcüman