📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

46 yaşlı kişi “Günəşli” hoteldə öldü

2026-11-23 16:06:42

46 yaşlı kişi “Günəşli” hoteldə öldü

Bakıda hoteldə ölüm hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə noyabrın 22-si saat 18 radələrində Xətai rayonu Babək prospektində yerləşən “Günəşli” hoteldə qeydə alınıb.

Orada istirahət edən 1980-ci il təvəllüdlü Ə.Şirinov səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.