📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

49 naməlum şəhid qəbri ekshumasiya edildi

2021-09-29 11:07:00

49 naməlum şəhid qəbri ekshumasiya edildi

Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirləri ekshumasiya edilib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, Şəhidlər Xiyabanında olan 49 naməlum qəbirlərdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb.

Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb və ekspertizaya aparılıb.

Qeyd edək ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib. Naməlum şəhid qəbirlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.