📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

49 yaşlı kişi dəm qazından boğulub öldü

2026-11-22 12:09:08

49 yaşlı kişi dəm qazından boğulub öldü

Qazaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hurriyyet.net  “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.