📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

5 dövlət qurumu məhkəməyə verildi

2023-06-23 21:33:00

5 dövlət qurumu məhkəməyə verildi

Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi məhkəməyə verilib.

İddiaçılar Qaracayev Xəlil Əsgər oğlu, Səfərov Yaşar Əli oğlu, Əliyev Rizvan Rüstəm oğlu, Haşımov Murad Seyfulla oğlu və Mənsimov Əli Allahverdi oğludur. 

Birinci instansiya vətəndaşların iddiasını təmin etmədiyinə görə onlar apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatındadır.

İşin mahiyyəti yaşayış sahəsi ilə bağlı mübahisələrdən ibarətdir. \\Hit.az