📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“5 min avro, 2500 manat və…” – Tofiq Yaqublunun evindən çıxanlar, qızı “qoyublar” dedi

2023-12-15 00:32:52

“5 min avro, 2500 manat və…” – Tofiq Yaqublunun evindən çıxanlar, qızı “qoyublar” dedi

Bu gün saxlanan Musavat Partiyasının üzvü Tofiq Yaqublunun evindən külli miqdarda valyuta çıxıb.

T.Yaqublunun qızı Nigar Həzi sosial mediada iddia edib ki, axtarış zamanı onların evindən çıxan valyutanı əslində istintaqçılar qoyublar.

Sitat: “Evimizdən pul çıxarıblar. 5 min avro, 2500 manat və nə qədərsə dollar qoyublar…”

DİN mətbuat xidməti Tofiq Yaqublunun saxlanmasını yerli mediaya təsdiqləyib. \\Savash.org