📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

5 nəfərin öldüyü partlayışda yaralananların son durumu AÇIQLANDI

2025-01-31 14:04:06

5 nəfərin öldüyü partlayışda yaralananların son durumu AÇIQLANDI

31.01.2025-ci il tarixində saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir. 

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki. bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.