📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

2024-07-19 17:02:05

5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Hurriyyet.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Bildirilib ki, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirə edilib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

modern.az