📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

5 saat əməliyyat olunan Aqil Məlikov: "Məndən gizlətdilər"

2026-10-18 16:40:18

5 saat əməliyyat olunan Aqil Məlikov:

İyulda açıq ürək əməliyyatı olunan Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov "Evdəkilərə salam" verilişində səhhətində yaranan problemdən danışıb.

Sənətçi bir müddət təngnəfəslik yaşasa da, əvvəlcə buna əhəmiyyət vermədiyini bildirib:

"Bir az təngnəfəs olurdum. Fikir vermirdim, deyirdim ki, yaşlanmışıq, belə olacaq da. Sonra bir gün oğlum Hüsəngildə oturmuşdum, içəri girəndə mənə dedi ki, "Nə olub rəngin ağarıb?" Dedim, bilmirəm. Amma addım atırdım, təngnəfəs olurdum. Ağırm yox idi.

Müayinəyə getdim, evdəkilərə vəziyyəti izah etdilər, amma mənə demədilər, gizlətdilər. Fikirləşdim ki, deyəsən, vəziyyət ciddidir. İyulun 31-də 5 saat əməliyyat olundum. Bunu mənə sonradan dedilər, xəbərim yox idi. Bir neçə gün qaldıqdan sonra evə buraxıldım". (Axşam.az)