📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

50 yaşlı qadının meyiti meşədə tapıldı, saxlanılan 27 yaşlı sevgilisidir

2026-09-25 11:23:43

50 yaşlı qadının meyiti meşədə tapıldı, saxlanılan 27 yaşlı sevgilisidir

Qusar rayonundakı Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində meyit tapılıb.

Hurriyyet.media  xəbər verir ki, ölən şəxsin 1976-cı il təvəllüdlü Bakı sakini Səadət Həsənova olduğu müəyyən edilib.

Meyitin üzərində bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər aşakarlanıb. 

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakıda 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra o, cəsədi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

Hazırda K.Seyidov saxlanılıb.