📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

5.1 milyon manatlıq tenderi udan şirkət - MƏLUM OLDU

2022-08-17 17:33:00

5.1 milyon manatlıq tenderi udan şirkət - MƏLUM OLDU

İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC məlumat saxlama qurğusu, modul və lisenziyaların satın alınması, quraşdırılması və sazlanması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

Hurriyyet.az FED.az-a istinadən xəbər verir ki, 5,118 milyon manatlıq tenderin qalibi “Caspel” QSC-dir.

Xatırladaq ki, "Caspel" QSC bundan əvvəl Azərbaycan İnvestisiya Şirkəti QSC-nin ofis texnikasının və kompyuterlərin alınması, serverlərə və ip telefonlara texniki dəstəyin göstərilməsi üzrə 45 282 manatlıq tenderini qazanıb (08.08.2022).