55 yaşında insan balet oynaya bilərmi? - Xalq artisti
“55 yaşında insan balet oynaya bilərmi?”
Modern.az xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Xalq artisti Fərhad BədəlbəyliMilli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə danışıb.
“Mən çox istərdim ki, bugünkü müzakirədə Maliyyə Nazirliyinin də nümayəndəsi olsun. Çünki maliyyə məsələsi olanda burada Mədəniyyət Nazirliyinin edəcəyi heç nə yoxdur”, – deyə rektor bildirib.
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyinin nümayəndələrinin mədəniyyət tədbirlərində az iştirak etdiklərini də söyləyib:
“Onlar teatra çox nadir hallarda gedirlər, çox nadir hallarda konsertlərdə iştirak edirlər. Ona görə də mədəniyyət deyəndə onların təsəvvüründə yalnız hansısa toyda oxuyan müğənni və ya şou-biznes nümayəndəsi canlanır”.
Xalq artisti balet artistlərinin pensiyaya çıxması ilə bağlı problemin də həllini gözlədiyini vurğulayıb.
“55 yaşında insan balet oynaya bilərmi? Belə elementar problemlər, təəssüf ki, bu gün də həllini tapmayıb”, – deyə o qeyd edib.