55 yaşlı kişi hündürlükdən yıxılıb öldü
2025-12-27 17:57:01
Ağdərədə 55 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Umudlu kəndi ərazisində baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü Ağdərə sakini Möhübbət Xıdırov rayonun Umudlu kəndi ərazisində işləyən zaman hündürlükdən yıxılıb.
Nəticədə M.Xıdırov hadisə yerində həyatını itirib.