📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

550 illik təbiət möcüzəsi yox oldu

2026-10-03 20:02:09

550 illik təbiət möcüzəsi yox oldu

Havay adalarının ən diqqətçəkən təbii abidələrindən biri olan və 550 ildən çox müddətdə dalğalara müqavimət göstərən “Hōlei” dəniz tağı şiddətli fırtınalardan sonra tamamilə uçub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Havay Vulkanlar Milli Parkında yerləşən, hündürlüyü 27 metr olan təbii tağın fırtınalar nəticəsində okeana çökdüyü bildirilib. Qədim lav axıntılarının dalğalar tərəfindən yuyulması ilə 550 il əvvəl yaranan abidə son illər zəlzələlər və fırtınalar səbəbindən ciddi zərər görmüşdü.

Mütəxəssislər Sakit okeandakı anomal fırtına aktivliyini və tağın uçmasını “El Nino” effekti və okean sularının istiləşməsi ilə əlaqələndirirlər.