5700 manatlıq dələduzluqda şübhəli bilinən şəxs həbs edildi - DİN RƏSMİ AÇIQLAMA VERDİ
2021-11-16 14:35:00
Hacıqabul şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, ev 19 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/45, mənzil 422 ünvanında yaşayan, İsmayıl Heybət oğlu İsmayılov təxminən, bir ay öncə "Hürriyyət"in redaksiyasına müraciət edərək, Mərdəkan sakini Ələddin Nurəddin oğlu Cabbarlının onun etibarından sui-istifadə edərək, dövlət işinə düzəltmək adıyla ümumilikdə 5700 manatını mənimsədiyini, Binəqədi Rayon Polis İdarəsinin isə cinayət işini araşdırmaqda maraqlı olmadığını bildirmişdi.
Məsələ ilə bağlı "Hürriyyət"ə açıqlama verən Daxili İşlər Nazirliynin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Mərdəkan sakini Ələddin Cabbarlının məhkəmə qərarı ilə həbs edildiyini bildirib.

YƏHYA