58 yaşlı kişini maşın vurub öldürdü
2026-11-07 18:26:59
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib.
Hurriyyet.net məlumatına görə, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səlimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub.
İ.Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.