📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

6- bal gücündə zəlzələ oldu beş bina uçdu.

2024-06-03 09:44:58

6- bal gücündə zəlzələ oldu  beş bina uçdu.

Yaponiya Meteorologiya İdarəsinin (JMA) verdiyi məlumata görə, Noto yarımadasının şimal-şərq sahilində yerləşən İşikava şəhərinin Suzu şəhərində 6 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 06.31-də 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Yerli vaxtla saat 06.40-da həmin bölgədə 4,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

İşikava əyalət qubernatorluğundan verilən məlumata görə, zəlzələlər zamanı Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub.

Yerli hökumət qurumlarının məlumatına görə, zəlzələlərdə ölən olmayıb.

Yeraltı təkanlar İşikava və ətraf prefekturalarda, o cümlədən yaxınlıqdakı Fukui və Niiqatada hiss olunub.

İşikavadakı Şika Atom Elektrik Stansiyasında və Niiqatadakı Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasında hər hansı anormallıq aşkar edilməyib.

Şərqi Yaponiya Dəmiryolunun açıqlamasına görə, zəlzələlər səbəbilə Hokuriku və Joetsu yüksək sürətli qatar xəttlərində müvəqqəti dayanacaqlar olub.

JMA bölgədə artçı təkanların bir həftə davam edə biləcəyini açıqladı.